Coratda silah-sursat aşkar edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1 ədəd 7,62 mm-lik AK-74 avtomatı, 1 ədəd AK-74 avtomatının güllə darağı və 28 ədəd 7,62 mm-lik güllə olduğu müəyyən edilib.
Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxşar xəbərlər
Bakıda hərbi sursatlar aşkar edilib - VİDEO
Nərimanov rayonunda qumbara və mərmi tapılıb - VİDEO
Qobuda aşkar edilən hərbi sursatlar FHN-in XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb - VİDEO
Masazırda 10 qumbara aşkar edilib - VİDEO
Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













