Salyanda kişinin qətlə yetirilməsinin yeni detalları üzə çıxıb
Ötən il itkin düşmüş Salyan sakininin ölüm hadisəsində yeni detallar məlum olub.
arvadı tərəfindən yox, oğlu tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub
Xəbər verildiyi kimi, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.
İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq davam etdirilir.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
İtkin kimi axtarılan kişi qətlə yetiriləndən sonra meyiti doğranaraq kollektora atılıb, arvadı saxlanılıb
Bərdədə tapılan 15 yaşlı qızın meyitində xəsarət izləri aşkar edilib, cinayət işi açılıb - YENİLƏNİB
Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
