Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB


Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəratdə yanaraq ölən şəxsin kimliyi məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.

Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində “Kia” markalı, 50 CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

08:33

Sumqayıt şəhərində kişi avtomobildə yanaraq ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Meyitin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB 2
Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - YENİLƏNİB
Sumqayıtda naməlum şəxs maşında yanaraq ölüb
Sumqayıtda naməlum şəxs maşında yanaraq ölüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər