Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB 2
Sumqayıtda səhər saatlarında müəmmalı şəkildə avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub.
APA xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Məlumat üçün qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində “Kia” markalı 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
***
09:17
Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
08:37
Sumqayıtda naməlum şəxs maşında yanaraq ölüb.
APA xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
"KIA" markalı maşında yanaraq ölən şəxs maşımın sahibi deyil.
Fakt üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
FHN Sumqayıtda naməlum şəxsin maşında yanması ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB
FHN Sumqayıtda naməlum şəxs maşında yanması ilə bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB
Sumqayıtda avtomobil yanıb - VİDEO
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













