MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər
sizinxeber.az xəbər saytı

MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər


Müdafiə Nazirliyində (MN) 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən bir sıra şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

“Sizinxeber.az”un məlumatına görə, Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, sözügedən cinayət əməlinə görə Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-dəki 143 milyonluq cinayət işi: Üç il ərzində İşlər İdarəsinə 16 milyon manat əsassız ödəniş edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb, indiyə qədər ödənən ziyan açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Sabiq komandan ilə xidmət rəisinin münasibətləri pis olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə ekspertiza keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər