Zaqatalada baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zaqatalada baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB


Zaqatalada baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan şəxslər aşağıdakılardı:

1985-ci il təvəllüdlü Salyan rayon sakini Təranə Rasim qızı İbrahimova, Təranənin iki azyaşlı övladı 2016-cı il təvəllüdlü Nur Röyal qızı İbrahimli və 2019-cu il təvəllüdlü Mübariz Röyal oğlu İbrahimov, 1985-ci il təvəllüdlü Zaqatala rayon sakini Qurban Cəbrayil oğu Şıxamirov, 1984-cü il təvəllüdlü Zaqatala rayon sakini Zahid Mahir oğlu Məmmədov, 1980-cı il təvəllüdlü Eldar Şamil oğlu Məmmədovdur. Yaralılardan T. İbrahimova müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsində, T. İbrahimovanın övladları N. İbrahimli və M. İbrahimovun müalicələri isə reanimasiya şöbəsində aparılır.

Digərlərinin xəsarətləri yüngül olduğundan xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Qeyd edək ki, qəza zamanı 1984 təvəllüd Məmmədov Zahid Mahir oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı və 1985-ci il təvəllüdlü Qurban Cəbrayıl oğlu Şıxamirovun idarə etdiy “Opel” markalı minik avtomobilləri toqquşub.

***

00:40

Zaqatalada ağır yol qəzası baş verib.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ilin son günü dekabrın 31-dən Yeni ilin ilk gününə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, baş vermiş qəza zamanı biri azyaşlı olmaqla 5 nəfər xəsarət alıb.

Xəsarət alanların bir ailənin üzvüləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Zaqatalada 69 yaşlı piyadanı maşın vuraraq öldürüb
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub olub - YENİLƏNİB
Zaqatalada yeni doğulan körpə ölüb
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle