Bakı və Gəncədə iki qız itkin düşüb
sizinxeber.az xəbər saytı

Bakı və Gəncədə iki qız itkin düşüb




Bakıda 16 yaşlı qız itkin düşüb.

Sizinxeber.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 22-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Əliyeva Xanım Təvəkkül qızı polisə müraciət edərək onunla birlikdə yaşayan 2008-ci il təvəllüdlü qızı Həziyeva Elnurə Həzi qızının itkin düşdüyünü bildirib. Ana ərizəsində qızının fevralın 22-si saat 00:30 radələrində naməlum istiqamətə getdiyini, evə qayıtmadığını bildirib.

Gəncə şəhərində isə 18 yaşlı qız itkin düşüb. Şəhər sakini Bayramov Bəhruz Nurəddin oğlu polisə müraciət edərək onunla birlikdə yaşayan övladı - 2006-cı il təvəllüdlü Bayramova Ləman Bəhruz qızının fevralın 16-da gecəyarı yaşadığı evdən çıxıb, geri qayıtmadığını bildirib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sizinxeber.az

Oxşar xəbərlər

Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb
Şəmkirdə itkin düşən 13 yaşlı qız tapıldı
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB
40 yaşlı kişiyə ərə verilən, toyda başqası ilə qaçan 17 yaşlı qız oğurluq da edibmiş - TƏFƏRRÜAT + YENİLƏNİB
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər