Naxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb


Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

Bu barədə “Sizinxeber.az”un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

Oxşar xəbərlər

Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA
Azərbaycanda yeni nazirlik yaradıldı
Naxçıvanda “Ərəzin” gips yatağının bir hissəsi özəlləşdirilib
Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər