37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Dövlət Miqrasiya Xidməti ilə Moldovanın Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Bu qurumlar Xankəndidə fəaliyyətə başladılar
Qarabağda yaşayan ermənilərin qeydiyyatı başladı
Bu il xarici ölkələrdən Azərbaycana repatriasiya olunan vətəndaşların sayı məlum olub
Suriyadan 6, İraqdan 2 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












