Bərdədə bank əməkdaşı həbs edilib
"Yello Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
"Sizinxeber.az" xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi Əkbər Müşfiq Şükür oğlu 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.
Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.
Ə.Müşfiq bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədov əlbir olduğu qeyd edilib. Onların ikisi də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.
İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.
Antikorrupsiya idarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Oxşar xəbərlər
Prokuror 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli iş adamına 13 il cəza istəyib
Gəncədə xəstəxananın mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
Bakıda 8 milyon manat mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbərinə cəza istənilib
İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilib, rüşvətdə ittiham olunur - YENİLƏNİB
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Venesuelanın vitse-prezidenti Maduronu azad etmək üçün komissiya yaratdı
-
Prezident: "2025-ci il Azərbaycan-Amerika münasibətlərinin kontekstində də tarixi il sayıla bilər"
-
İlham Əliyev: "Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib"
-
İlham Əliyev: "2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu"
-
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi
-
Prezident: "907-ci düzəlişin aradan qaldırılmasını dayandırması Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını göstərir"












