Sabirabadda yol qəzasında 3 nəfər ölüb - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Sabirabadda yol qəzasında 3 nəfər ölüb - YENİLƏNİB-1


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Qaraağac kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" və “Daewoo” markalı iki minik avtomobili toqquşub və 2 nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

09.31

Sabirabadda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların kimliyi məlum olub.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.

Yaralılar Çölbeşdəli kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü, Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samur qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.

Avtomobillərdə sıxılıb qalmış meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-nın Mil-Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib. “Daewoo” və “Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

***

08.50

Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.

Belə ki, "Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var
Bakıda “Chevrolet” və "Tesla" toqquşub, ölən var
Cəlilabadda "VAZ" markalı iki minik avtomobili toqquşub, ölən var
Ucarda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Qəbələdə baş verən ağır yol qəzası ilə bağlı FHN məlumat yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle