Xaçmazda əməliyyatlar zamanı 6 nəfər saxlanılıb
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Abas Abbasov, Coşqun Qədirov, Ramid Nəsrullayev, Fikrət Əliyev və Quba rayon sakini Firidun Məmmədov saxlanılıblar.
Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı tanışının baş nahiyəsinə küt alətlə zərbələr endirərək onun sağlamlığına qəsdən ağır xəsarət yetirən Ruslan Zülfüqarov saxlanılıb.
Bütün faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Abas Abbasov, Coşqun Qədirov, Firidun Məmmədov, Fikrət Əliyev və Ruslan Zülfüqarovun barələrində həbs qətimkan tədbiri, digər şəxsin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Prius” sürücüsü narkokuryerliyə görə saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkə ərazisində 31 kq-dan çox narkotik aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan instaqram vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələ polisindən əməliyyat: saxlanılanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












