Zərdabda zəncirvarı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zərdabda zəncirvarı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB


Zərdabda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, qəza nəticəsində motosikletin sürücüsü Laçın rayon sakini, 1993-cü il təvəllüdlü Atəş Əmrah oğlu Məmmədov dünyasını dəyişib.

Sənani Novruz oğlu Eyvazov, Ətraf Dövlətxan oğlu Xəlilov, Rəşad Talıbxan oğlu Pənahov və Ramal Sabir Oğlu Xəlilov müxtəlif xəsarətlər alıblar.

***
21:25

Zərdabda "Mercedes" markalı minik maşını, "Gazel" markalı yük avtomobili və motosikletin iştirakı ilə zəncirvarı qəza baş verib.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun Zərdabın Bəyimli qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, 1 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

Zərərcəkənlər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Zərdabda zəncirvarı qəza baş verib, ölən var - FOTO
Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər