Azərbaycanda general vəkil kimi fəaliyyətə başlayıb
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.
"Report"un əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.
İclasda Polis Akademiyasının sabiq rəisinə vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, 1983-cü ildən daxili işlər orqanlarında çalışmış Nazim Əliyev 2011-2020-ci illərdə DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edib.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
O, hüquq üzrə elmlər doktoru, 42 elmi-məqalənin, 2 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir.
Oxşar xəbərlər
İki vəkilin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
