Ağcabədidə 2 avtomobil toqquşub, sürücülərdən biri ölüb
sizinxeber.az xəbər saytı

Ağcabədidə 2 avtomobil toqquşub, sürücülərdən biri ölüb


Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Ağcabədi-Zərdab rayonunun 14-cü kilometrində baş verib.

Belə ki, Elmidar Ələsgərovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Təvəkkül Əsədovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində Elmidar Ələsgərov, sərnişinlər Zamiq Ələsgərov və Dayandur Nəsibov xəsarət alıb. Digər sürücü Təvəkkül Əsədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Oxşar xəbərlər

Ağcabədidə iki avtomobil toqquşub, ölən var
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var
Qaxda iki avtomobil toqquşub, xəsarət alan var
Cəbrayılda iki maşın toqquşub, ölən və xəsarət alan var
Bakıda 4 avtomobil toqquşub, taksi sürücüsü xəsarət alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər