Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib
sizinxeber.az xəbər saytı

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib


Bu gün səhər saatlarında Ağdaş-Qəbələ avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Sizinxeber.az" xəbər verir ki, “VAZ 21015” markalı avtomobil Qəbələ rayonunun Soltannuxa kənd ərazisindən Əmili kənd istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı beton su kanalına düşüb.

Qəza nəticəsində avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib, digəri isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməyi ilə yaralı şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb, ölən və xəsarət alanlar var
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var
Astarada maşın 100 metr hündürlükdən dərəyə aşıb, ölən və xəsarət alan var
Qəbələdə avtomobil qəzası baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB
Lerikdə avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər