Astarada oğluna ov tüfəngi ilə xəsarət yetirən ata tutulub - YENİLƏNİB
Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə iki gün bundan əvvəl Astarada baş vermişdi. Sitrus bağları üstündə düşən mübahisə zəminində ata Ağaşir Hüseynov oğlu Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirmişdi.
***
20 oktyabr, 21.12
Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə saat 20:00 radələrində Astara rayonunun Sığaloni kəndi ərazisində baş verib.
Ata Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynovu ov tüfəngi ilə güllələyib. T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və cərrahiyyə şöbəsinin əməliyyat blokuna alınıb. İlkin məlumata görə ata və oğul arasında mübahisə sitrus meyvələri üstündə yaranıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Astarada ata oğluna ov tüfəngi ilə xəsarət yetirib
Astarada 33 yaşlı kişi güllələnib, şübhəli şəxsin axtarışları aparılır - YENİLƏNİB
Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir
Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb
Zaqatala sakini həmyerlisini bıçaqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













