Toronto aeroportunda sərnişin təyyarədən yerə yıxılıb
Torontodan Dubaya uçan “Air Canada” aviaşirkətinə məxsus təyyarəsinin sərnişini kabinədəki təcili çıxış qapısını açıb və uçuş-enmə zolağına yıxılıb.
“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə yanvarın 8-də təyyarə Pirson Beynəlxalq Hava Limanı yaxınlığında olarkən baş verib.
Sərnişin yıxılarkən xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub.
Aviaşirkətdən verilən ilkin məlumata görə, sərnişin təyyarəyə daxil olsa da, yerində oturmayıb. Əvəzində hansısa naməlum səbəbdən təcili çıxış qapısını açıb və aşağı yıxılıb. “Xoşagəlməz olaya baxmayaraq, təyyarə elə həmin gün Torontodan Dubaya, cüzi gecikmə ilə olsa da, uça bilib”, - şirkətdən qeyd edilib.
Oxşar xəbərlər
Bakı metrosunda stansiya yoluna düşən kişi xəsarət alıb
İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib
Yaponiyada təyyarələr toqquşub, ölənlər var
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













