Şirkətin pulunu mənimsəyən şəxs azadlığa çıxdı
sizinxeber.az xəbər saytı

Şirkətin pulunu mənimsəyən şəxs azadlığa çıxdı




 
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, şikayət qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Qurban Kərimovun beş il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub. Məhkum dərhal həbsdən azad edilib.
 
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona iki il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bundan başqa, mülki iddia qismən təmin olunaraq, cəmi 24 098,25 manat pul vəsaitinin məhkumdan tutularaq zərərçəkmiş şirkətin hesabına ödənilməsi barədə hökm çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş kimi tanınan şirkət direktoru apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Qurban Kərimov beş il müddətinə azadlıqdan məhrum olunub, mülki iddia təmin edilib. Qərarda qeyd edilib ki, zərərçəkmişə vurulmuş ziyana görə 43 561,25 manat pul vəsaiti təqsirləndirilən şəxsdən alınaraq şirkətin hesabına ödənilməlidir.
İttihama görə, Qurban Kərimov şirkətlərdən birinin anbarında satıcı-anbardar vəzifəsində çalışıb. O, 2020-2021-ci illər ərzində gübrənin satışından əldə etdiyi ümumilikdə 62 000 manat pul vəsaitini bütövlükdə şirkətin bank hesabına köçürməli olduğu halda, həmin məbləğin 3 292,75 manat hissəsini QSC-nin hesabına mədaxil edib. Pulun qalan hissəsini - 58 707,25 manatı qəsdlə qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə şəxsi ehtiyaclarına xərcləyib.
 
Daha sonra Qurban Kərimov cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS

Oxşar xəbərlər

Qobustanda avtoqəzada hindistanlıların ölümündə günahlandırılan şəxslə bağlı QƏRAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Vüqar Səfərlinin əmlakları ilə bağlı qərar çıxardı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə 500 min manatdan çox dələduzluqda ittiham olunan univerisitet müəllimi və dostu barədə qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqerin kassasiya şikayəti təmin edilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər