Məhkəmə 500 min manatdan çox dələduzluqda ittiham olunan univerisitet müəllimi və dostu barədə qərar qəbul edib
Məhkəmə 500 min manatdan çox dələduzluqda ittiham olunan univerisitet müəllimi Əli İbrahimov və dostu Rübail Hüseynov barədə qərar qəbul edib.
Bu barədə “Sizinxeber.az”a Rübail Hüseynovun vəkili Namiq Həsənov məlumat verib.
Cinayət İşinə Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.
R.Hüseynova Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılıb və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ə.İbrahimova isə Gəncə Apellyasiya Məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərarı ilə təyin olunmuş 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, onlar 7 nəfərin etibarından sui-istifadə edərək 500 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçiriblər. Belə ki, onlar 2018-2019-cu il ərzində iribuynuzlu mal-qara alıb-sataraq şərikli iş görmək və yüksək qazanc əldə etmək məqsədi ilə vətəndaşlara yalan vədlər verməklə dələduzluq ediblər.
Qeyd edək ki, Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxsin yenidən məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qobustanda avtoqəzada hindistanlıların ölümündə günahlandırılan şəxslə bağlı QƏRAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meyxanaçı narkotikdən istifadə etdiyini məhkəmədə etiraf etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
General oğlunun və sabiq baş infeksionistin evindən oğurluq edən “alpinistlər”dən xəbər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












