Bakıda yanacaq daşıyan yük avtomobili qəza edib, partlayış təhlükəsi yaranıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda yanacaq daşıyan yük avtomobili qəza edib, partlayış təhlükəsi yaranıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobilinin qəza etməsi nəticəsində ətrafa dağılan yanacağın yanğın-partlayış təhlükəli yaratması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb.

Oxşar xəbərlər

Bakıda qazanxanada partlayış baş verib, xəsarət alan var
Şəmkirdə evdə partlayış olub - VİDEO
Sabirabadda yol qəzası olub, xəsarət alan var
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər