Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetiriblər – HÖKM
sizinxeber.az xəbər saytı

Tovuzda 71 yaşlı qadının diş protezini oğurlayıb qətlə yetiriblər – HÖKM


Tovuz rayonunda 71 yaşlı ev sahibi İntizar Bağırovaya qarşı soyğunçuluq edərək qətlə yetirməkdə təqsirləndirilən qeyri-rəsmi ər-arvad münasibətində yaşayan kirayəçilər Aynaz Alıyevaya və Elçin Əliyevə hökm oxunub.

“Sizinxeber.az” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə Aynaz Alıyeva 12 il, Elçin Əliyev isə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib.

İttihama görə, Aynaz Alıyeva kirayədə yaşadıqları evdə həmin evin sahibi 71 yaşlı İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxıb, daha sonra isə taxta ilə vuraraq qətlə yetirib.

Həmçinin o qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Elçin Əliyev ilə əlbir olaraq ayrı-ayrı vaxtlarda İntizar Bağırovanın diş protezlərini, eləcə də qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli biliniblər.

A.Alıyeva Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə), 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq), Elçin Əliyev isə, 177.2.1-ci (Oğurluq) 177.2.2-ci (Təkrar oğurluq) maddələri ilə ittiham olunublar.

Oxşar xəbərlər

Şirvanda 60 yaşlı sahibkar torpaq üstündə qətlə yetirilib -  MƏHKƏMƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaradağda 50 manata görə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə 15 il 6 ay həbs cəzası verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mübahisə zamanı gənc oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada doqquz il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər