Azərbaycan Ombudsmanı Qazaxda mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Azərbaycan Ombudsmanı Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində baş vermiş mina partlayışına münasibət bildirib.
"Report" xəbər verir ki, Ombudsman Qazaxda mina partlayışı ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
"Belə ki, cari ilin 14 oktyabr tarixində Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində bir nəfər mülki şəxs piyada əleyhinə minaya düşərək yaralanıb.
Qeyd etmək istərdik ki, İkinci Qarabağ müharibəsindən bugünədək 380-dən çox şəxs mina qurbanı olub və bu acı statistika davam etməkdədir.
Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi insanların yaşamaq və sağlamlıq hüququnu kobud şəkildə pozmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə ciddi maneə yaradır. Bununla yanaşı, həmin minaların partlaması suyun və havanın çirklənməsi, torpaqların strukturunun pozulması, ümumilikdə ekoloji böhranın yaranması ilə də nəticələnir.
Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına sərt reaksiya verməlidir", - Ombudsmanın bəyanatında deyilir.
Oxşar xəbərlər
Ombudsman: İkinci Qarabağ müharibəsindən bu günədək 370-dən çox insan mina qurbanına çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman: Ermənistan hətta delimitasiyadan sonra belə öz mina terroru siyasətini davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ombudsmanı Şahbuzdakı mina partlayışına münasibət açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Ombudsmanı Şahbuzda mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsmandan Xocavənddəki terror aktına reaksiya [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












