Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib
sizinxeber.az xəbər saytı

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib


Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un yerli bürosunun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda o, ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı da Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı Hüseynli Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Oxşar xəbərlər

Tələbə arvadını və körpəsini öldürməyə görə tutulan şəxs ömürlük azadlıqdan məhrum edilib
Tələbə arvadını və körpəsini öldürməyə görə tutulan şəxsə ömürlük cəza istənilib
Tələbə arvadını və körpəsini öldürməyə görə tutulan şəxs ömürlük azadlıqdan məhrum edilib - FOTO - VİDEO
Bakıda mübahisə zamanı gənc oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Sumqayıtda ata və anasını öldürməkdə təqsirli bilinən şəxsin istintaqı başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər