Bakıda mübahisə zamanı gənc oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda mübahisə zəmnində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevə hökm oxunub.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.
Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Sumqayıtda toyda iki nəfəri öldürməyə cəhddə təqsirləndirilən şəxs 14 il azadlıqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllı sakinini öldürüb meyitini yandırmaqda təqsirləndirilən şəxslərə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nicata hökm oxundu: 5 il, məntəqə tipli [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiq deputat Dünyamin Xəlilova yeni hökm oxunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












