Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var - YENİLƏNİB-2 - FOTO
sizinxeber.az xəbər saytı

Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var - YENİLƏNİB-2 - FOTO


Bakı-Qazax yolunda hərəkətdə olan iri tutumlu yanacaq daşıyan maşının qəzaya düşməsi nəticəsində sürücü ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, yanacaq daşıyan maşın rayon sakini Davud Sadiq oğlu Şərifova məxsus həyətə aşaraq yanıb. Sürücü, 1964-cü il təvəllüdlü Tahir Mehdiyev maşında ölüb.

FHN-nin əməkdaşları tərəfindən meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

D.Şərifova məxsus tövlə, ot bağlamaları yanıb, bir baş iribuynuzlu mal-qara tələf olub.

***

13.48

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

13.28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

13.22

Ucarda yanacaq daşıyan maşın aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunda qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan yanacaq daşıyan maşın idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində partlayış olduğu bildirilir.

Oxşar xəbərlər

Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub - YENİLƏNİB-1 - FOTO
Bakı-Qazax yolunda maşın və ağaclar yanıb
Quba-Bakı yolunda avtomobil yanıb
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub olub - YENİLƏNİB
Göygöldə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər