Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılmasının mahiyyəti açıqlanıb
Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması ekspertiza aparılmasında süründürməçiliyin qarşısının alınması və gecikməyə səbəb olan halların aradan qaldırılması imkanı yaradacaq.
"Report"un məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov "Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinin rəqəmsallaşdırılması" mövzusunda ictimai təqdimatda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyində 30-dan artıq elektron xidmət ictimaiyyətin istifadəsinə verilib: "Bu gün həmin elektron xidmətlərin sırasına yenisi əlavə olunur. Belə ki, bu xidmət sayəsində ekspertiza təyin etmiş və ya sifariş vermiş qurumlar, şəxslər tərəfindən ekspertizanın icra vəziyyəti barədə məlumat əldə edəcəklər. Eyni zamanda ekspertizanın gedişatını diqqətdə saxlamaq-izləmək, rəyin verilməsi gecikərsə səbəblərini aydınlaşdırmaq, tezləşdirmək üçün qanuna müvafiq addımlar atmaq imkanı yaranacaq. Əgər ekspert tərəfindən vəsatət verilibsə - ekspertiza icraatı dayandırılıbsa - rəy verməkdən imtina olubsa, obyektiv və subyektiv səbəbləri, əsaslı və əsassız olması müəyyən olunacaq. Eyni zamanda xidmət sayəsində ekspertiza aparılmasında süründürməçiliyin qarşısının alınması və gecikməyə səbəb olan halların aradan qaldırılması imkanı yaranacaq".
"Bu cür şəffaflıq həm ekspertlərin özləri, həm də ekspertiza təyin etmiş şəxslər və qurumlar üçün əhəmiyyətli olacaq, onlarda məsuliyyət hissini daha da artıracaq. Bəzən belə hallar da olur ki, Məhkəmə Ekspertiza Mərkəzinə daxil olan qərar və qərardadlar qəbul olunduğu vaxtdan xeyli gec, hətta 2-3-4 ay sonra göndərilir və daxil olur. Ona görə də nəzərdə tutulub ki, belə hallarla əlaqədar təhqiqat, istintaq orqanlarının rəhbərləri, məhkəmə sədrləri mütəmadi olaraq məlumatlandırılsınlar", - nazir müavini deyib.
Oxşar xəbərlər
Məhkəmə ekspertizasının fəaliyyəti rəqəmsallaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir polkovniki birinci müavin təyin etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: “Dünyasını dəyişən şəxslərlə bağlı siyahı artıq MSK-ya təqdim olunub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












