Nazir polkovniki birinci müavin təyin etdi
sizinxeber.az xəbər saytı

Nazir polkovniki birinci müavin təyin etdi


Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib. 

Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.

Oxşar xəbərlər

Azərbaycanda general işdən çıxarıldı: Yeni rəis müavini təyin edildi
Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi
Kəmaləddin Heydərov əmr imzaladı
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
Vaqif Əsədovun yerinə TƏYİNAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər