Baş İdarə son bir ay ərzində 352 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən avqust ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 25 əməliyyat keçirilib.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nəticədə narkoşəbəkənin daha 30 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 15-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlarla 352 kiloqram heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 11 min ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Oxşar xəbərlər
DİN əməliyyat keçirib, narkoşəbəkənin daha 35 üzvü saxlanılıb
Bir ay ərzində 35 narkotacir tutulub, 120 kq narkotik dövriyyədən çıxarılıb
DİN əməliyyat keçirib, 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Narkotik dövriyyəsi ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb - VİDEO
Narkotik satışına görə 3 nəfər həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












