Şirvanda 75 yaşlı SSRİ idman ustasını avtomobil vuraraq öldürüb - YENİLƏNİB-1 - FOTO
Şirvanda iki gün əvvəl yolu keçərkən avtomobilin vuraraq öldürdüyü 75 yaşlı şəxsin tanınmış SSRİ idman ustası, Əməkdar müəllim olduğu məlum olub.
APA-nın xəbərinə görə, Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərov sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycanın Əməkdar idman müəllimi olub.
***
22.00
Bu gün axşam saatlarında Şirvan şəhər sakini Ə. Zeynalov idarə etdiyi "Chery" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən şəhər sakini S. Ələkbərovu vurub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna bildirilib ki, S. Ələkbərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
***
21:40
Yolu keçən Şirvan sakini, 75 yaşlı Sabir Zeynalabdin oğlu Ələkbərovu 90 XO 571 dövlət nömrə nişanlı "Azsamand" markalı avtomobil vuraraq ağır yaralayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri İstiqlaliyyət küçəsində qeydə alınıb.
Yaralı komatoz vəziyyətdə ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şirvanda 75 yaşlı kişini avtomobil vuraraq öldürüb - YENİLƏNİB
Şirvanda 75 yaşlı kişini avtomobil vurub
İsmayıllıda avtomobil piyadanı vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
