Vaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırıldı - FOTO
sizinxeber.az xəbər saytı

Vaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırıldı - FOTO


Sentyabrın 12-də Vaşinqtonda Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırılıb.

Daha əvvəl Ermənistanın ABŞ-də üç qatı lobbiçisi - senatorlar Bob Menendes, Kris Van Hollen, konqresmen Kris Smit, eləcə də Azərbaycan və Türkiyə əleyhinə olan amerikalı siyasətçilərin Qubad İbadoğluna dəstəklərini ifadə etdiyini və onun dərhal azadlığa buraxılmasını tələb etdiklərini nəzərə alsaq, bu fakt təəccüb doğurmur.

Onların antiazərbaycan və ermənipərəst mesajlarının əks olunduğu kifayət qədər material tapmaq olar.

Qeyd edək ki, Qubad İbadoğlu bu ilin iyulunda həbs edilib. O, ilkin olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya satılması) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167.3.1-ci (Dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyətə çağırış və ya bu cür fəaliyyətə haqq qazandıran və ya bu cür fəaliyyətin zəruriliyini əsaslandıran materialların hazırlanması, saxlanması və ya yayılması) maddəsi ilə yeni ittiham irəli sürülüb.


Oxşar xəbərlər

Azərbaycanda prorektorun qətlini sabiq rektor sifariş edibmiş - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
12 il əvvəl prorektorun ölümünə görə institut direktoru və qohumu həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
DTX məlumat yaydı: Manukyan həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Xaçatryanın növbəti məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər