Azərbaycanda toyda DƏHŞƏT - 55 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycanda toyda DƏHŞƏT - 55 nəfər xəstəxanalıq oldu - YENİLƏNİB




Qəbələdə yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində 55 nəfər zəhərlənib, araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

"Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub", - deyə məlumatda qeyd edilib.

***10:24

Qəbələ rayonunda kütləvi zəhərlənmə baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, zəhərlənmə rayonda şadlıq sarayında keçirilən toyda baş verib. Ümumilikdə 51 nəfərin qidadan zəhərləndiyi bildirilir.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edənlərin vəziyyətlərinin normal oldugu bildirilir.

Faktla bağlı araşdırma gedir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda toyda DƏHŞƏT - 55 nəfər xəstəxanalıq oldu YENİLƏNİB[xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə toyda kütləvi zəhərlənmə olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda toyda DƏHŞƏT - 51 nəfər xəstəxanalıq oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər