Şərur sakininin Şahbuzda minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şərur sakininin Şahbuzda minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB




Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

"Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib"- deyə məlumatda bildirilir.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

*** 11 avqust 23:00

Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini, 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Şahbuz sakininin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbuzda şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şərur sakini Şahbuzda minaya düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər