Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapılıb- FOTO - YENİLƏNİB-3
İyulun 16-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
12.01
Ağdaşda Yuxarı Şirvan kanalında batan yeniyetmənin meyiti tapılıb.
Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, dünən kanalda batan 2008-ci il təvəllüdlü Dəniz Süleymanlının meyiti tapılaraq aidiyyətı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
16 iyul, 21.58
Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində batan yeniyetmənin axtarışları davam edir.
Bu barədə Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir.
***
18:49
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
18.07
Ağdaşda yeniyetmə kanalda batıb.
Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, 2008-ci il təvəllüdlü D. Süleymanlı Yuxarı Şirvan kanalında çimərkən batıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapılıb
Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb
Ötən gün Qarabağ suvarma kanalında batmış 17 yaşlı gəncin meyiti tapılıb
Ağcabədidə kanalda batan 17 yaşlı oğlanın meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
