sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağdamda bir yaşayış evi tamamilə yanıb - FOTO
Ağdamda 4 otaqlı evdə yanğın baş verib.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.
Belə ki, rayon sakini Baxışov Asəf Albert oğluna məxsus ev əşyaları ilə birlikdə yanıb. Hadisə nəticəsində ev tamamilə yararsız hala düşüb.
Yanğın yerinə gələn FHN-nin yanğınsöndürən briqadaları alovun qarşısını alaraq yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıb.
İlkin məlumata görə, yanğına səbəb elektrik xətlərində yaranan qısaqapanma olub.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Ağdamda bir yaşayış evi tamamilə yanıb
Göygöldə 600 ədəd ot bağlması yanıb, 50 dən artıq ev quşu tələf olub - FOTO
İsmayıllıda yaşayış evinin dam örtüyü ildırım vurması nəticəsində yanıb
Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













