Göygöldə 600 ədəd ot bağlması yanıb, 50 dən artıq ev quşu tələf olub - FOTO
Göygöldə yanğın hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Kənd sakini Sahilə Abbasovaya məxsus evin həyətyanı sahəsində toplanmış ot bağlamalarında anidən yanğın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Alovun güclü olması səbəbilə yanğın ot tayasına bitişik olan yarım tikiliyə də keçib. Yanğının ətrafa yayılmasının qarşısı alınıb və qısa zamanda yanğın yanğın söndürənlər tərəfindən söndürülüb.
Ev sahibi Sahilə Abbasova Sizinxeber.az-nın yerli bürosuna bildirib ki, yanğın nəticəsində ona məxsus 600 ədəd ot bağlaması yanıb. Onun sözlərinə görə ot tayasına bitişik yarım tikilidən olan 50-dən artıq ev quşu tələf olub.
İlkin məlumata görə yanğına səbəb elektik naqillərində olan qısaqapanma olub.
Hadisə ilə bağlı araşdırma aparılır
Oxşar xəbərlər
Lənkəranda "Mercedes" yanıb
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
Sumqayıtda ticarət mərkəzində yanğın olub
Bakıda binada yanğın olub
İsmayıllıda yaşayış evinin dam örtüyü ildırım vurması nəticəsində yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













