Ermənistan və Azərbaycan sərhədçiləri arasında mübahisə olub?
"Tavuş rayonunun Kirants kəndində yeni yolun çəkilməsi prosesində Ermənistan və Azərbaycan sərhədçiləri arasında mübahisə olmayıb".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirib.
"Kirants kəndində yeni yol marşrutu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları və Azərbaycan sərhədçiləri arasında mübahisə yaranmayıb. MTX-də Kirants kəndi ətrafında delimitasiyadan sonra yeni yolun çəkilməsi ilə Azərbaycanın razılaşmaması barədə məlumat yoxdur", - deyə məlumatda vurğulanıb.
Öz növbəsində, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi agentliyin sorğusuna cavab olaraq bildirib ki, yeni yolun tikintisi delimitasiya işlərindən sonra başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Kirants kəndində yeni sərhədin çəkilməsi ilə bağlı Ermənistan və Azərbaycan sərhədçiləri arasında dəfələrlə mübahisələrin yarandığı barədə məlumatlar yayılıb.
Xatırladaq ki, mayın 15-də Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın baş nazir müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 9-cu görüşü keçirilib.
Görüş zamanı tərəflər Bağanis Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrimli (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında bilavasitə sərhəd xəttinin hissələrinin təsvir protokolunu razılaşdırıblar.
Oxşar xəbərlər
KİV: Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu iki kənd artıq Azərbaycandadır - Paşinyan [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda traktor minaya düşüb, sürücü yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












