Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
sizinxeber.az xəbər saytı

Sumqayıtda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6p.m. elektrik naqili yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.

Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
Sumqayıtda yataqxana binasında yanğın baş verib
Sumqayıtda yataqxanada yanğın olub, 14 nəfər təxliyə edilib
Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO
Sumqayıtda avtomobildə yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər