Məhkəmə yarım milyon manata yaxın mənimsəmədə təqsirləndirilən bankın sabiq vəzifəli şəxsi barədə qərar verib
sizinxeber.az xəbər saytı

Məhkəmə yarım milyon manata yaxın mənimsəmədə təqsirləndirilən bankın sabiq vəzifəli şəxsi barədə qərar verib


Məhkəmə 500 min manata yaxın pulu mənimsəməkdə ittiham edilərək həbs olunan ləğv edilmiş “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Vahid Əliyev barədə qərar qəbul edib.

“Sizinxeber.az” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

Məhkəmə qərarına əsasən, müraciət rədd edilib.

Qeyd edək ki, Vahid Əliyev 2017-ci ildə həbs olunub. O, banka pul qoyan 15 müştərinin 500 000 manata yaxın pulunu mənimsəməkdə ittiham edilib.

Xatırladaq ki, 2016-cı ildə "Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv olunub.

Oxşar xəbərlər

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həbsdə olan general vaxtından əvvəl azadlığa buraxılmaqla bağlı məhkəməyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər