Gülnarə Qurbanova qəfil vəfat edib
Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qurbanova qəfil vəfat edib.
O, 62 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Gülnarə İbrahim qızı Qurbanova 1962-ci il 16 iyul tarixində Bakı şəhərində anadan olub. 13 saylı məktəbdə orta təhsil alıb. 1979-1983-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildə "Türk dillərində əvəzliklər və onların mətn yaranmasında rolu" mövzusunda elmi işini müdafiə edib. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.
2014-cü ildə universitet rəhbərliyinin təqdimatı ilə "Tərəqqi" medalına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetinin "Bizim qəzet" aylıq ictimai-siyasi qəzetinin baş redaktoru, monoqrafiya, dərs vəsaiti və onlarla proqramın müəllifidir. Respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxışlar edib.
Oxşar xəbərlər
Azərbaycan Kooperasiya Universitetinin kafedra müdiri vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tibb Universitetinin dosenti vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il ölkədə dosent adı alanların adı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzada ölən alim Elçibəyin müşaviri işləyibmiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazirin sabiq müavini vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












