Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda 51 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB


Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə "Report"a Nərimanov rayon Prokurorluğundan bildirilib.

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Hikmət Muxtarovun aralarında yaranmış mübahisə zamanı tanışı Ülvi Qasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hikmət Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

08:13

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nərimanov rayonunda 51 yaşlı kişi qətlə yetirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda 34 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda 31 yaşlı qadının öldürülməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər