Azərbaycan Ordusunun 4 hərbçisi Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunun 4 hərbçisi Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub




İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

MN faktı təsdiq edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Sizinxeber.az

Oxşar xəbərlər

Azərbaycan Ordusunun hərbçiləri Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
3 hərbçimiz həlak oldu - Son dəqiqə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında avtomobil qəzasında həlak olanlardan biri Gəncədə dəfn ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər