Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
sizinxeber.az xəbər saytı

Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir


Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişir.

Sizinxəbər.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edəcəklər:

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 36,5 yaş;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 48 yaş;

Qüvvədə olan qanuna əsasən isə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları — 37 yaş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar — 45 yaş müəyyən edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
Qəzada həlak olan hərbçimizin - Fotosu
Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir
Azərbaycanda pensiya yaşının artırılmasının hansı hərbçilərə şamil olunacağı açıqlanıb
Azərbaycanda hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər