Yevlax sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb
Yevlaxda rayon sakinlərindən qanunsuz silahlar aşkarlanaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərində olan qanunsuz silahların yığılması istiqamətində tədbirlər davam etdirilir. Son aylarda keçirilən tədbirlərlə müvafiq sənədləri olmayan 20 ov silahı aşkarlanaraq götürülüb.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mülki silahın saxlanılması və daşınması ilə bağlı qayda pozuntusuna yol verən 8 nəfər də müəyyən edilib.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.
Oxşar xəbərlər
Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürülüb
Ələt-Astara yolunun kənarından avtomat tapılıb
Qəbələ polisindən əməliyyat: saxlanılanlar var
İsmayıllı və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb
İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













