Gəncədə çaydan meyit tapılıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə çaydan meyit tapılıb - YENİLƏNİB


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov hadisə haqqında Sizinxeber.az-nın sorğusuna cavab verib.

O bildirib ki, iyul ayının 30-da saat 18 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit eksperrizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

21:46

Gəncədə çaydan qadın meyti tapılıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə Gəncə çayının şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, çayda gənc qadının meyiti aşkarlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Gəncədə çaydan meyit tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncəçayda meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə kanaldan meyit aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə 49 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər