Gəncəçayda meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub - YENİLƏNİB
Gəncəçay çayında meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, çayda boğularaq ölən şəxs Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü F. Əmiraslanovadır.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov "Report"un Qərb bürosuna məlumatı təsdiq edib. Onun sözlərinə görə, iyul ayının 30-da saat 18:00 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsindən qadın meyitinin olması barədə polisə məlumat daxil olub.
Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirilib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gəncə şəhərində çaydan naməlum qadın meyiti tapılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə çaydan meyit tapılıb - YENİLƏNİB
Gəncədə kanaldan meyit aşkarlanıb
Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Kür çayında naməlum kişi meyiti tapılıb
Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












