Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - YENİLƏNİB


Göygöldə anasını bıçaqlayan şəxs tutulub.

Sizinxeber.az-nın yerli bürosuna bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə Göygöl rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir

***

19:42

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb. 1989-cu il təvəllüldü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın oğlu tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə 49 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə kişi arvadını bıçaqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəmkirdə keçmiş arvadını, onun anasını və atasını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə 49 yaşlı kişi bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər