Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzanın təfərrüatları məlum olub  - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzanın təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB


Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, Bakıdan Qazaxa hərəkət edən "Mercedes" markalı "Sprinter" sərnişin mikroavtobusu yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib. İlkin məlumata görə, ölənlərin əksəriyyəti qadınlardır.

Qəzada çox sayda sərnişin xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Şəmkir və Gəncə şəhər xəstəxanalarına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qəzanın səbəbləri dəqiqləşdirilir.



***
08:01

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan mikroavtobus yük maşınına çırpılıb. Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxşar xəbərlər

Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var - FOTO
Şəmkirdə iki minik maşını toqquşub, 5 nəfər ölüb - YENİLƏNİB
Qazaxda yol qəzasında bir kəndin dörd sakini ölüb - YENİLƏNİB
Göygöldə baş verən qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Gəncədə sərnişin mikroavtobusu 6 maşına çırpılıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle