İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İsmayıllıda çayda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB


İsmayıllı rayonunda çayda batan şəxsin meyiti tapılıb.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir, 26 yaşlı Qurbanov Faiq Qurban oğlunun meyiti FHN-nin əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

16:18

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.

Oxşar xəbərlər

İsmayıllıda 26 yaşlı gənc çayda batıb
Sabirabadda çayda boğulan gəncin meyiti tapılıb - YENİLƏNİB
Ağdaşda kanalda batan 17 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB
İsmayıllıda 26 yaşlı kişi çayda batıb
Doqquz gün əvvəl Kürdə batan yeniyetmə qızın meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər