Toy karvanında avtoxuliqanlıq edən şəxs qəza törətdi - VİDEO
sizinxeber.az xəbər saytı

Toy karvanında avtoxuliqanlıq edən şəxs qəza törətdi - VİDEO




Şəmkirdə toy karvanında qaydaları kobud şəkildə pozan sürücünün törətdiyi qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, sürücü görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Hərəkətdə olan "Mistsubishi Outlander" markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, "şou" göstərən sürücü anidən idarəetməni itirərək maşını yaşıllıq sahəyə salıb.

Şahidlərin iddialarına görə, qəzaya səbəb maşının sol təkərinin qırılması olub. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Avtomobil kafeyə çırpılıb, 3 nəfər xəsarət alıb
Ermənistanın Azərbaycanla sərhədində traktor minaya düşdü
Kürdəmirdə QƏZA: İki yaşlı körpə xəsarət aldı
Lənkəranda avtomobil ağaca çırpıldı: xəsarət alan var
Bakıda yeniyetmə qəza törətdi, qadınlar ölümdən son anda xilas oldular - ANBAAN GÖRÜNTÜLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər